Orban: "Rusiyaya qarşı bunu edə bilmərik"
Dünya
27.06.2025 11:50
Macarıstan və Slovakiya Avropa Komissiyasının 2028-ci ilin əvvəlinədək Rusiyadan Avropa İttifaqına neft və qaz tədarükünün qadağan olunmasını nəzərdə tutan planına qarşı çıxmaqda qərarlıdır.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı bildirib.
Orban Brüsselin bu təşəbbüsünə hökumətinin açıq şəkildə qarşı olduğunu təsdiqləyərək deyib: “Gələn həftə mübarizə xarici işlər nazirləri səviyyəsində davam edəcək. Biz əlavə addımlar atacağıq. Dünən slovak həmkarlarımla danışıqlar apardım. Biz onlarla birgə mövqedəyik: Rusiyadan neft və qaz alınmaması tələbi ilə razılaşa bilmərik”.
Baş nazir qeyd edib ki, əgər Avropa Komissiyasının planı həyata keçirilərsə, bu, Macarıstanda kommunal xidmətlərin qiymətinin iki-üç dəfə artmasına səbəb olacaq. Onun sözlərinə görə, oxşar vəziyyət Slovakiyada da yaranacaq, çünki bu ölkə də hələlik Rusiya enerji resurslarından imtina etməyə hazır deyil.
Bu iki Şərqi Avropa ölkəsi Avropa Komissiyasının enerji təşəbbüsünün ləğvini Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbul olunması ilə şərtləndiriblər.
Töhfə Səməd
tag: Macarıstan ,Slovakiya ,Rusiya,Avropa Komissiyası,Todaypress.tv,