Orban: "Aİ-nin yeni büdcəsi hərbi qarşıdurmaya yönəlib"
Dünya
26.07.2025 16:40
Avropa İttifaqının yeni yeddi illik büdcə layihəsi hərbi qarşıdurmaya yönəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, büdcə müharibə məntiqi əsasında tərtib olunub və vəsaitin 20%-i Ukraynaya ayrılacaq. Baş nazir vurğulayıb ki, qalan vəsait kənd təsərrüfatı və inkişafa deyil, məhz müharibəyə hazırlığa sərf ediləcək.
O, bu büdcənin “Ukrayna ərazisində Rusiyaya qarşı döyüşən” Avropa İttifaqının büdcəsi olduğunu və qalib gəlməyi hədəflədiyini bildirib. Orban həmçinin Ukraynadakı münaqişənin Avropaya yayılması ehtimalını istisna etməsə də, Macarıstanın bundan kənarda qalmaq niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, iyulun 16-da Avropa Komissiyası Avropa İttifaqının növbəti yeddi illik büdcəsini 800 milyard avro artırmaq təklifini irəli sürüb.
Türkan İsgəndərli
tag: Macarıstan,Orban,Ukrayna,Rusiya,Todaypress.tv,