Ölümə səbəb olan xəstəlik yayılır

Dünya

31.07.2025 16:59

ABŞ-nin Nyu-York şəhərində "legioner" xəstəliyinə yoluxma halları artıb. 

TodayPress TV xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Departamenti məlumat yayıb. 

Bildirilir ki, son bir həftə ərzində 22 nəfər bu xəstəliyə yoluxub, onlardan biri isə dünyasını dəyişib.

Yoluxmalar əsasən Mərkəzi Harlem və ətraf ərazilərdə qeydə alınıb. Hadisələrlə bağlı araşdırma aparılır.

Rəsmilər həmin ərazilərdə yaşayan sakinləri qripə bənzər simptomlar, öskürək, qızdırma, əzələ ağrısı və nəfəs almaqda çətinlik hallarında dərhal həkimə müraciət etməyə çağırıb.

"Legioner" xəstəliyi bakteriyaların su sistemlərində çoxalması nəticəsində yaranır və nəfəs yolu ilə insana keçir. Bu, xüsusilə yaşlı və zəif immun sisteminə malik insanlar üçün təhlükəli hesab olunur.

Türkan İsgəndərli

tag: Virus,Xəstəlik,Legioner,Qızdırma,Todaypress.tv,