Makron Starmerə təzyiq edir: Fransa Britaniyadan Fələstini tanımağı gözləyir
Dünya
05.07.2025 18:15
Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Krallığın yeni Baş naziri Kir Starmerə Fələstin dövlətinin tanınması məsələsində təzyiq göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadla yazıb.
Məlumata görə, London və Paris arasında məsələ ilə bağlı əsas fikir ayrılığı yanaşmanın sürəti və şərtlərinə aiddir. Fransa Fələstinin tanınmasını “iki dövlətli həllin” reallaşması üçün mümkün katalizator kimi görür. Lakin Britaniya hökuməti bu addımın əslində yalnız simvolik xarakter daşıyacağını düşünür.
Qəzet yazır ki, gələn həftə Makronun Böyük Britaniyaya səfəri zamanı tərəflər bu məsələni və Qəzza zolağındakı vəziyyəti ətraflı müzakirə edəcəklər.
Qiymət Mahir
tag: Makron,Starmer,Fələstin,Qəzza,Todaypress.tv,