Obamanın komandası Trampa cavab verdi
Dünya
23.07.2025 10:25
“ABŞ prezidenti Donald Trampın keçmiş prezident Barak Obamanı xəyanətdə, 2016 və 2020-ci il seçkilərini saxtalaşdırmaqda ittiham etməsi absurddur”.
TodayPress TV xəbər verir ki, bunu Obamanın rəsmi nümayəndəsi Patrik Rodenbuş “NBC”yə danışarkən bildirib.
“Bu qəribə ittihamlar gülüncdür və diqqəti yayındırmaq üçün kiçik bir cəhddir”, - deyə o bildirib.
Rodenbuş, həmçinin əlavə edib ki, Obamanın ofisi prinsipial mövqeyə hörməti saxlamaq üçün Trampın sözlərinə cavab olaraq ictimaiyyətə açıqlama verməkdən yayınır. Lakin bu dəfə sabiq dövlət başçısının komandası istisna edib.
Xatırladaq ki, Tramp bundan əvvəl Obamanı Rusiyaya qarşı uydurma ittihamlar hazırlamaqda ittiham etmişdi. Onun sözlərinə görə, Obama ABŞ-nin keçmiş prezidenti Cozef Bayden, prezidentliyə namizəd Hillari Klinton və başqaları Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı saxta xəbərin yaradılmasında iştirak ediblər.
Aysel Mətləb
tag: Tramp,Obama,ABŞ,Rusiya,Todaypress.tv,