Netanyahunun ofisi genişmiqyaslı müharibəyə hazır olduğunu açıqladı
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ölkənin İranla tammiqyaslı müharibəyə hazır olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Ofisin yaydığı açıqlamada bildirilib ki, İsrail regional təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərə qarşı bütün mümkün vasitələrlə cavab verməyə hazırdır.
Rəsmi Tel-Əviv bu münaqişənin daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik kanalların açıq saxlanmasının vacibliyini də vurğulayıb.
Töhfə Səməd