Netanyahu: "İsrail suveren dövlətdir"

Dünya

26.10.2025 18:00

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonun Qəzza ilə bağlı qərarlarına Təl-Əvivin tabe olduğu barədə iddiaları rədd edib.

TodayPress TV "The Times of Israel"a istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasında “İsrail suveren dövlətdir” ifadəsini işlədib.

İclasda həmçinin Baş nazirin məhkəmə prosesinin dayandırılması ilə bağlı məsələlər, eləcə də keçmiş baş nazir Naftali Bennettin yenidən siyasətə qayıtmaq ehtimalı müzakirə olunub.

Gözlənilir ki, iclasda təqdim ediləcək qanun layihələri Netanyahuya qarşı məhkəmə işinin dayandırılmasını, eyni zamanda Bennettin gələcək seçkilərdə iştirak imkanlarını məhdudlaşdırma ehtimalını nəzərdə tutur.

Toplantının gündəliyində “Qırmızı Xaç”ın Qəzzada girovların cəsədlərinin axtarışı məsələsi də yer alıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Benyamin Netanyahu,İsrail,Qəzza,Vaşinqton,Todaypress.tv,