Netanyahu İrana qarşı hərbi addımı dəstəkləyir

Netanyahu İrana qarşı hərbi addımı dəstəkləyir
10.06.2025 11:32 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı problemi hərbi yolla həll etməyə daha çox üstünlük verir.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" xəbər portalı məlumat yayıb.

Məlumata görə, Netanyahu ABŞ prezidenti Donald Trampa söz verib ki, Amerika danışıqlar apardığı müddətdə İsrail İrana hücum etməyəcək. Tramp isə bildirib ki, münaqişəni diplomatik yollarla həll etmək istəyir və hərbi müdaxilə tərəfdarı deyil.

İran isə xəbərdarlıq edib ki, əgər nüvə obyektlərinə hücum olarsa, buna çox güclü və gözlənilməz cavab veriləcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər