NATO sammiti Ankaradakı "Aypara və Ulduz"da keçiriləcək

Dünya

02.07.2025 11:36

2026-cı ilin yayında Ankarada baş tutacaq NATO sammitinin Türkiyənin yeni hərbi kompleksi olan “Aypara və Ulduz” müştərək qərargahında keçirilməsi planlaşdırılır. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, hazırda tikintisi davam edən bu kompleks “Türkiyə Pentaqonu” adlandırılır və Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Ordu, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin bir kampusda birləşdirilməsini nəzərdə tutur. Kompleksin qapalı sahəsi 890 min kvadratmetr olacaq.

Bu qərargahın NATO sammitinə ev sahibliyi etməsi, Türkiyənin NATO daxilində strateji rolunun gücləndirilməsi baxımından simvolik əhəmiyyət daşıyır.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 30-da rəsmi olaraq 2026-cı il NATO sammitinin Ankarada keçiriləcəyini bəyan edib.

Türkan İsgəndərli

tag: NATO,Türkiyə,Ay Ulduz,Sammit,Todaypress.tv,