NATO sammiti 2,5 saatlıq görüşdən ibarət olacaq

Dünya

19.06.2025 09:50

Haaqa şəhərində keçiriləcək növbəti NATO sammiti ənənəvi formatdan kəskin şəkildə fərqlənəcək — tədbir cəmi bir 2,5 saatlıq görüşdən ibarət olacaq.

TodayPress TV xəbər verir ki, “The Times” nəşrinin məlumatına görə, bu dəyişiklik ABŞ prezidenti Donald Trampın uzunmüddətli diplomatik görüşlərə qarşı olan münasibəti ilə bağlıdır.

Sammitin proqramı Trampın qısa və konkret kommunikasiya üslubuna uyğunlaşdırılıb.

Tədbirdə əsas diqqət NATO ölkələrinin müdafiə xərclərini artırmaq məsələsinə yönələcək. Məlumata görə, sammitin yekun kommunikesi də çox qısa olacaq – cəmi bir səhifəlik (A4 formatında) sənəd hazırlanacaq.

Bu ilki format əvvəlki sammitlərdən fərqli olaraq nəinki sessiyaların sayını, hətta liderlər arasında qeyri-rəsmi görüş imkanlarını da minimuma endirir.

Qiymət Mahir

tag: Haaqa ,NATO ,Donald Tramp,ABŞ ,Todaypress.tv,