Si Cinpin Trampı Tayvana dəstəyi azaltmağa sövq edəcək

Dünya

28.10.2025 10:43

ABŞ və Çin liderlərinin baş tutacaq görüşündə əsas diqqət Tayvan məsələsi və iki ölkə arasındakı ticarət münasibətləri olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildirilib ki, Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı Tayvana ABŞ-nin dəstəyini yumşaltmağa razı salmağa çalışacaq. Bu addım Pekinin beynəlxalq arenadakı mövqelərini gücləndirə bilər.

Tramp vurğulayıb ki, o, görüş zamanı əsas diqqəti ticarət məsələlərinə yönəltmək niyyətindədir, baxmayaraq ki, Si Cinpin Tayvan mövzusunu gündəmə gətirəcək. Ağ Ev lideri əlavə edib ki, Tayvan öz müdafiəsinə kifayət qədər sərmayə qoymur və yarımkeçirici istehsalında üstün mövqeyə malikdir. Onun sözlərinə görə, bu vəziyyət ABŞ-nin siyasətinə yenidən baxmağı tələb edir.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp ,Tayvan ,Si Cinpin,ABŞ ,Todaypress.tv,