NATO Estoniyaya qırıcılar yerləşdirəcək

Dünya

01.08.2025 15:16

NATO Estoniyaya italyan istehsalı olan "Eurofighter" qırıcıları yerləşdirməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Şimali Atlantika Alyansının "X" səhifəsində verilib.

Bəyanatda qeyd olunur ki, italyan "Eurofighter" qırıcıları Rumıniyadakı missiyasını başa vurub və yaxın aylarda Estoniyaya yerləşdiriləcək.

Bu addım NATO-nun Baltikyanı ölkələrdə təhlükəsizlik tədbirlərini gücləndirmə strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Bunun fonunda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nu Baltikyanı ölkələri hərbi qarşıdurma zonasına çevirməkdə ittiham edib. Onun sözlərinə görə, alyansın bu cür hərəkətləri Avropanın ən dinc bölgəsini hərbi rəqabət zonasına çevirə bilər.

Qruşko əlavə edib ki, Moskva Baltik regionunda öz təhlükəsizliyini təmin etmək üçün bütün mümkün addımları atacaq.

Türkan İsgəndərli

tag: NATO,Estoniya,Qırıcı,Rusiya,Todaypress.tv,