Misir: Qəzzaya gündəlik 700 humanitar yük maşını göndərilməlidir

Dünya

28.07.2025 16:43

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bildirib ki, Qəzza zolağına hər gün 600–700 yük maşını humanitar yardım çatdırılmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Qahira əl-İxbariya" telekanalı məlumat yayıb.

O, bunun bölgədə "humanitar fəlakətin" qarşısını almaq üçün zəruri olduğunu qeyd edib.

Əs-Sisi vurğulayıb ki, Misir Qəzza ilə sərhəddə yerləşən Rəfah sərhəd-keçid məntəqəsindən humanitar yüklərin daşınmasına mane olmur.

Onun sözlərinə görə, yardımların fasiləsiz şəkildə Qəzzaya çatdırılması üçün yalnız Misir tərəfinin deyil, həm də Qəzza tərəfindən keçid məntəqəsinin açıq saxlanılması şərtdir.

Misir lideri beynəlxalq ictimaiyyəti bölgədə dərinləşən humanitar böhranın qarşısını almağa çağıraraq, yardımın miqyasının artırılmasının vacibliyini bir daha xatırladıb.

Töhfə Səməd 

tag: Misir ,Əbdülfəttah Əs-Sisi ,Qəzza ,Humanitar yardım,Todaypress.tv,