"Labubu" Çinin güc mənbəyinə çevrildi
Dünya
25.07.2025 17:25
Çin şirkəti "Pop Mart" tərəfindən istehsal olunan “Labubu” adlı oyuncaqlar Çinin Qərbdə yumşaq gücünün yeni və təsirli simasına çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Bildirilir ki, Çin uzun illərdir ABŞ və Avropada yumşaq güc vasitəsilə nüfuz qazanmağa çalışsa da, bu təşəbbüslər çox zaman formal, sərt və süni göründüyü üçün uğursuz alınıb. Lakin "Labubu" kimi qeyri-siyasi, emosional və estetik baxımdan cəlbedici məhsullar Pekinə öz imicini daha səmərəli şəkildə təqdim etməyə şərait yaradır.
Məqalədə qeyd olunur ki, internetdə “çirkin sevimli” kimi tanınan və ABŞ-də sürətlə populyarlıq qazanan Labubu oyuncağı Çinə, xüsusən də ABŞ-nin Çinlə bağlı insan hüquqları, Cənubi Çin dənizi və ticarət məsələlərində dərin etimadsızlıq göstərdiyi bir vaxtda, müsbət imic formalaşdırmaq üçün nadir fürsət verib.
Türkan İsgəndərli
tag: Çin,Labubu,ABŞ,Ticarət,Todaypress.tv,