Merts NATO hava hücumundan müdafiə sisteminin işini qiymətləndirib

Dünya

11.09.2025 09:26

Almaniya kansleri Fridrix Merts Polşada baş verən hadisə ilə bağlı qiymətləndirmə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Belə ki, Almaniya kansleri Fridrix Merts Polşa səmasında naməlum PUA-larla baş verən insident zamanı NATO hava hücumundan müdafiə vasitələrinin kütləvi sərhəd pozuntusunun qarşısını almaq üçün kifayət qədər yaxşı işləmədiyini bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarə ilə bağlı insident NATO-nun Avropada hava hücumundan müdafiə sistemində əhəmiyyətli islahatlara ehtiyac olduğunu nümayiş etdirib.

“İlk növbədə qeyd etmək istərdim ki, Avropanın hava hücumundan müdafiəsi, NATO-nun hava hücumundan müdafiəsi bu qədər çox sayda pilotsuz təyyarənin Polşanın hava məkanına daxil olmasının qarşısını almaq üçün çalışdı. Lakin əlbəttə ki, olması lazım olduğu qədər yaxşı olmadı”, - Merts deyib.

Orxan Saffari

TodayPress TV


tag: NATO,Merz,Pua,HÜcum,Todaypress.tv,