Merkeldən Tramp ETİRAFI: “Əl sıxmaq istədim, o isə ...”

Dünya

03.07.2025 15:15

Almaniyanın sabiq federal kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın kameralar qarşısında onunla əl sıxmaqdan imtina etməsindən danışıb.

TodayPress TV xəbər verir ki, “Politico” nəşri Merkelin həmin hadisə ilə bağlı açıqlamasına istinad edib.

O bildirib ki, insident 2017-ci ilin martında baş verib. Tramp mediaya nümayiş etdirilən görüş zamanı əl sıxmaqdan imtina etsə də, daha sonra bunu edib.

“Bir səhv etdim, dedim: "Donald, gəlin əl sıxaq". O isə bundan imtina etdi. Tramp diqqət mərkəzində olmağı sevir. İstəyir ki, hamının gözü onun üzərində olsun”, – deyə Almaniyanın sabiq kansleri qeyd edib.

Merkel daha əvvəl Avropa liderlərinə Tramp ilə necə davranmalı olduqları barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, Avropa siyasətçiləri Trampı dəyişə bilməz, lakin ona cavab verə bilərlər. O, Trampı qeyri-adi dövlət başçısı adlandırıb və bildirib ki, Tramp ABŞ-nin qanuni maraqlarını qorumağa çalışır. Merkel həmçinin əlavə edib ki, Tramp münasibətlərdə hər iki tərəfin eyni anda qazandığına inanmır – onun üçün həmişə qalib və məğlub var.

Qiymət Mahir

tag: Donald Tramp,Avropa,Merkel,Almaniya,Todaypress.tv,