Maskın şirkəti milyardlar qazanacaq

Dünya

24.07.2025 19:00

Amerikalı iş adamı İlon Maskın beyin implantasiyası üzrə texnologiya şirkəti “Neuralink” qarşıdakı illərdə fəaliyyət miqyasını genişləndirməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə“Bloomberg” məlumat yayıb. 

Portalın məlumatına görə, şirkət 2031-ci ilə qədər ABŞ-də 5 böyük klinika açmağı, hər il 20 000 insana beyin çipi implantasiya etməyi və bununla ən azı 1 milyard dollar gəlir əldə etməyi hədəfləyir. 

Planlara əsasən, “Neuralink” 2029-cu ilə qədər xüsusilə “Telepathy” adlı patentləşdirilmiş cihaz üçün ABŞ-nin tənzimləyici orqanlarından tam təsdiq almağa ümid edir. Bu cihaz, beynin kompüterlə birbaşa əlaqə qurmasına imkan yaradan beyin-kompüter interfeysidir. 

Qeyd olunur ki, son illərdə bu tip texnologiyalara ABŞ-də böyük sərmayələr qoyulub. Lakin insanların təhlükəsizliyi və cihazların effektivliyi ilə bağlı məlumatların toplanması prosesi hələ də davam etdiyindən, beyin implantlarının geniş istifadəsinə hələ icazə verilməyib. 

Aysel Mətləb

tag: İlon Mask,Beyin,Neuralink,Beyib çipi,Todaypress.tv,