Mask süni intellektdə yeni mərhələni təqdim etdi

Dünya

02.08.2025 18:15

İlon Maskın qurucusu olduğu "xAI" şirkəti saniyələr ərzində mətn və səsli sorğulardan vizual videokontent yaradan yeni multimodal texnologiyanı təqdim edib.

TodayPress TV xəbər verir ki, bu funksiya "xAI"nin süni intellekt platforması olan "Grok"un əsas imkanlarından biri kimi yalnız "Grok Heavy" abunəçiləri üçün əlçatan olub. 

Yeni texnologiya istifadəçidən gələn yazılı və ya səsli sorğunu dərhal görüntüyə, daha sonra isə səslə müşayiət olunan videoya çevirir.

İlon Maskın sözlərinə görə, bu sistem vizual kontent yaratmaqda “misilsiz sürət” nümayiş etdirir. Onun iddiasına əsasən, mətn sorğusundan tam səsləndirilmiş videoya qədər keçən vaxt 30 saniyədən azdır – bu, digər İİ sistemlərinin bircə şəkil yaratmaq üçün tələb etdiyi müddətdən daha qısadır.

Sistemin mexanizmi belə işləyir: istifadəçi istədiyi mövzu ilə bağlı mətn və ya səsli sorğu verir, sistem isə ona uyğun bir neçə görüntü təklif edir. İstifadəçi bu görüntülərə əlavə atributlar və ya üslub elementləri əlavə edə bilir. Məsələn, “bir pinqvin çək” sorğusu daxil edildikdə, sistem silsilə şəkillər təqdim edir, daha sonra bu pinqvinlərə silindr papaq, monokl və digər elementlər əlavə oluna bilər.

Qiymət Mahir

tag: Mask,ABŞ,Süni intellekt,Təqdim,Todaypress.tv,