Makron və Trampın gecə danışıqları üzə çıxdı
Dünya
04.07.2025 15:51
Fransa Prezidenti Emmanuel Makron 3 iyul gecəsi ABŞ Prezidenti Donald Trampa zəng edərək Ukrayna və İranla bağlı vəziyyəti müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “The Guardian” qəzeti Yelisey sarayındakı mənbəyə istinadla yayıb.
Mənbənin məlumatına görə, tərəflər həmçinin Aİ ilə ABŞ arasında davam edən tarif danışıqları ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda Makron Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da görüş keçirib – bu görüşdə də əsas mövzular İran və Qəzza zolağındakı vəziyyət olub.
Bundan bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub. ABŞ Prezidenti Ukrayna ilə bağlı sülh prosesinin irəliləmədiyindən narahat olduğunu ifadə edib. O, bildirib ki, ABŞ Kiyevə hərbi yardım göstərməkdə davam edir, lakin öz ehtiyatlarını da nəzərə almalıdır.
Qiymət Mahir
tag: ABŞ , Vladimir Putin, Donald Tramp,Kiyev,Todaypress.tv,