Lukaşenko ABŞ ilə münasibətlərin normallaşmasına ümid edir

Dünya

04.07.2025 10:18

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampı və Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.

Lukaşenko çıxışında Minsk və Vaşinqton arasında münasibətlərin Trampın birinci prezidentlik dövründə normallaşma yoluna qədəm qoyduğunu xatırladıb. Lakin sonradan Belarus-Amerika əməkdaşlığının bu müsbət xəttdən uzaqlaşdığını vurğulayıb.

Prezident qeyd edib ki, Belarus hər zaman ABŞ ilə konstruktiv və hörmətə əsaslanan dialoqun tərəfdarı olub. O, dövlətlərarası əlaqələrin gələcəkdə müsbət dinamika qazanacağına və qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələrinin həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Sonda Belarus lideri Donald Trampa və ABŞ xalqına sülh, rifah və firavanlıq arzulayıb.

Türkan İsgəndərli

tag: Belarus,ABŞ,Tramp,Lukaşenko,Todaypress.tv,