Lavrov: “Təhlükəsizlik zəmanətləri Qərbin öhdəliklərinə uyğun olmalıdır”
Dünya
17.09.2025 13:56
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynaya təqdim olunacaq təhlükəsizlik zəmanətləri BMT Nizamnaməsi və ATƏT sənədlərində əks olunan prinsiplərə əsaslanmalıdır.
TodayPress TV xəbər verir ki, Lavrov bu fikri Ukrayna münaqişəsinin həllinə həsr olunmuş xarici diplomatlarla dəyirmi masada səsləndirib.
O qeyd edib ki, Moskva hələ 2014-cü ildən etibarən bu zəmanətlərin verilməsini tələb edib:
“Heç bir ölkə öz təhlükəsizliyini başqasının təhlükəsizliyi hesabına gücləndirə bilməz. Bu prinsip zəmanətlərin əsası olmalıdır”.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik təminatlarının həm Rusiya, həm də Ukrayna üçün hazırlanmalı olduğunu, Moskvanın isə bu öhdəliklərə əməl edəcəyini bildirmişdi.
Qiymət Mahir
tag: Lavrov,Ukrayna,Rusiya,Putin,Todaypress.tv,