Lavrov: “Fon der Lyayenin təyyarəsinə hücum xəbərləri cəfəngiyyatdır”

Dünya

09.09.2025 17:10

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Bolqarıstana səfəri zamanı göyərtəsində olan təyyarəyə “hücum”la bağlı Aİ səlahiyyətlilərinin Rusiyaya qarşı ittihamlarını cəfəngiyyat adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS “ agentliyi məlumat yayıb.

“Bəzi iddialara görə, guya biz təyyarə ilə müxtəlif ölkələrə səfər edən və ölkəmizə qarşı çıxışlar edən Ursula Fon der Lyayeni az qala "öldürmüşük". Ardınca isə bildirdilər ki, Rusiya guya “GPS” siqnallarını söndürüb və nəticədə təyyarə və ya helikopter qəzaya uğraya bilərdi. Maraqlıdır ki, bu cəfəngiyyatı sonradan elə Avropa İttifaqının (Aİ) nümayəndələri özləri də təkzib etdilər”.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qərbin Rusiyaya qarşı məqsədyönlü şəkildə dezinformasiyalar yaydığını bildirib. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin təyyarəsi ilə bağlı hadisədə də eyni üsullardan istifadə olunub.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Sergey Lavrov, Ursula fon der Lyayen,Avropa Komissiyası,Todaypress.tv,