Kris Rayt: "Trampın prioriteti sanksiyalar deyil"
Dünya
11.09.2025 09:36
“ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalardansa, Ukraynadakı münaqişəyə son qoymağı üstün tutur”.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin enerji naziri Kris Rayt "Reuters" agentliyinə bildirib.
O, ABŞ-nin Çinin Rusiyadan maye qaz almasına necə cavab verəcəyi ilə bağlı suala belə cavab verib:
"Prezident Trampın ən böyük məqsədi Amerikada firavanlıq və xaricdə sülhdür. O, bu müharibəni çox dağıntılar olmadan bitirmək üçün hər cür yolu axtarır", - Rayt bildirib.
Bundan əvvəl ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo demişdi ki, Avropa ölkələri Rusiyanın enerji resurslarını almağı dayandırmalı və Moskvaya qarşı “real sanksiyalar” tətbiq etməlidir. O, iddia edir ki, Rusiya prezidenti Vladimir Putin guya sülh yolu ilə nizamlanmada maraqlı deyil.
Orxan Saffari
tag: ABŞ,Nazir,Kris,Rayt,Todaypress.tv,