Siyarto: "Macarıstan Ukraynaya elektrik enerjisi ixracını dayandıra bilər"
Dünya
16.06.2025 17:10
Avropa Komissiyası Rusiyadan neft, qaz və nüvə yanacağının idxalına qadağa qoyarsa, Macarıstan Ukraynaya elektrik enerjisi ötürülməsini dayandıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının enerji nazirlərinin Lüksemburqda keçirilən görüşündə bəyan edib.
“Hazırda Macarıstan Ukraynanın elektrik enerjisi idxalının təxminən 40-42 faizini təmin edir. Bu baxımdan Macarıstan Ukraynanın enerji təchizatında əsas rol oynayır. Lakin əgər Macarıstanın enerji təminatı təhlükə altına düşərsə və qeyri-sabit hala gələrsə, bu, Ukraynaya enerji ixracımızın davam etdirilməsinə ciddi təsir göstərə bilər”, - deyə Siyarto Lüksemburqda macar jurnalistləri ilə söhbətində vurğulayıb.
Töhfə Səməd
tag: Avropa Komissiyası,Rusiyad,Neft,Macarıstan ,Ukrayna,todaypress.tv,