Kiyevdən Avropaya təklif: ÜDM-nin bir hissəsini...

Dünya

23.05.2025 16:03

“Ukrayna Silahlı Qüvvələrinin Avropa müdafiə sisteminə inteqrasiyası və bu prosesin maliyyələşdirilməsində tərəfdaş ölkələrin iştirakı təklif olunur”.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko sosial şəbəkədə paylaşım edib.

“Ukrayna ordusunun təminatı üçün xərclər Aİ ölkələrinin ÜDM-indən cüzi bir hissəni təşkil edəcək. Bu vəsait NATO qarşısında müdafiə öhdəliklərinə uyğun olaraq maraqlı ölkələr arasında bölüşdürülə bilər” deyə nazir bildirib.

Marçenko qeyd edib ki, Avropa artıq hərbi risklər fonunda müdafiəni gücləndirməyə çalışır, lakin yeni ordu gücünün yaradılması uzun illər və böyük resurslar tələb edəcək:

“Ukrayna Silahlı Qüvvələrinin inteqrasiyası iqtisadi baxımdan da sərfəli olan effektiv bir həlldir” deyə o vurğulayıb.

Qiymət Mahir

tag: Ukrayna ,Avropa ,NATO,Aİ ,Sergey Marçenko,todaypress.tv,