KİV: Uitkoffun Rusiyaya səfəri dialoq əhval-ruhiyyəsini əks etdirir
Dünya
03.08.2025 18:30
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun qarşıdakı Rusiyaya səfəri Vaşinqtonun Moskva ilə dialoqu davam etdirmək niyyətini göstərsə də, bu səfəri yekun nəticələr açıqlanmadan əvvəl yüksək dəyərləndirmək düzgün olmaz.
TodayPress TV xəbər verir ki, bu fikri "TASS"a açıqlamasında "Valday" Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski bildirib.
Bıstritski qeyd edib ki, Uitkoffun səfərinin özü ABŞ administrasiyasının müəyyən dairələrinin dialoqu davam etdirmək və razılaşma əldə etmək istəyi olduğunu göstərir:
"Bu, konstruktivliyin əsas göstəricisidir. Bu konstruktivliyin səviyyəsi və Uitkoffun bunu nümayiş etdirmək bacarığı isə danışıqların nəticələrinə görə aydın olacaq".
Ekspert səfərin ümumilikdə "müsbət siqnal" kimi qiymətləndirilə biləcəyini desə də, bu səfəri həddindən artıq dəyərləndirməyin və reallıqdan uzaq illüziyalar qurmağın doğru olmadığını deyib.
Töhfə Səməd
tag: ABŞ,Uitkoff,Rusiya,Səfər,Todaypress.tv,