KİV: Tramp nə Putinə, nə də Si Cinpinə şərt diktə edə bilir

Dünya

09.06.2025 09:50

ABŞ prezidenti Donald Tramp nə Rusiya prezidenti Vladimir Putinə, nə də Çin Xalq Respublikasının sədri Si Cinpinə Ukrayna məsələsində şərt irəli sürə bilmədi və artıq bu imkanı da itirib.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.

Nəşrin müəllifləri Trampın siyasətə “daşınmaz əmlak biznesi” kimi yanaşmasının uğursuzluğa səbəb olduğunu qeyd edir.

“Moskva və Pekin liderlərinin ABŞ prezidentinin qarşısında boyun əyməsinə dair heç bir əlamət yoxdur. Trampın sözlərinin etibarlılığı Almaniyada qatarların gəlmə vaxtı qədərdir”, – deyə məqalədə istehzalı şəkildə bildirilib.

Jurnalda həmçinin vurğulanıb ki, Trampın əsas problemi beynəlxalq siyasətdə biznesmenlərlə deyil, ideoloqlarla qarşı-qarşıya gəlməsidir. Onların uğur meyarı dollarla ölçülmür.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Rusiya ,Vladimir Putin,Çin,todaypress.tv,