KİV: Rusiya-ABŞ əməkdaşlığı Ukrayna münaqişəsini həll edə bilər

Dünya

11.08.2025 17:46

Rusiya və ABŞ arasında Arktikadakı enerji ehtiyatlarının birgə işlənməsi ilə bağlı mümkün razılaşma Ukrayna münaqişəsinin həllində açar rol oynaya bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "The Spectator" jurnalı yazır.

Nəşr qeyd edir ki, belə əməkdaşlıq iki ölkə arasında enerji sahəsində münasibətləri canlandıra və strateji əməkdaşlığa yeni nəfəs verə bilər. Müəlliflərin fikrincə, razılaşma həm Rusiya, həm də ABŞ üçün iqtisadi baxımdan son dərəcə sərfəli olar və eyni zamanda Ukrayna münaqişəsinin diplomatik yolla həllinə təkan verər.

Jurnal yazır ki, ABŞ Prezidenti Donald Tramp belə bir razılaşmanı Amerika üçün böyük kommersiya uğuru kimi təqdim edə və keçmiş lider Cozef Baydenin səbəb olduğu münaqişəyə son qoyduğunu elan edə bilər.

Məqalədə həmçinin qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin razılaşma fonunda Vaşinqtonun dəstəyi ilə Kiyevi güzəştə getməyə sövq edə bilər. Bu isə Rusiya üçün həm siyasi, həm də iqtisadi dividentlər vəd edir.

Türkan İsgəndərli

tag: Rusiya,ABŞ,Ukrayna,Arktika,Todaypress.tv,