KİV: Avropa Ukraynaya dəstəyilə dialoqu çətinləşdirir
Dünya
30.06.2025 10:49
Avropa ölkələrinin Kiyevə verdiyi dəstək, əslində, ABŞ ilə Rusiya arasında dialoqun bərpasına yönəlmiş səyləri sabotaj edir.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın “Mysl Polska” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Vaşinqtonun Avropaya münasibətdə prioritetlərini dəyişməsi avropalılar üçün ən böyük sürprizlərdən biridir. ABŞ artıq Rusiyanı ekzistensial təhlükə kimi görmür, əksinə, onu strateji balansın bərpasında mühüm oyunçu hesab edir.
Nəşrin müəlliflərinə görə, Amerikanın əsas məqsədi Rusiya ilə münasibətləri normallaşdırmaq və bu prosesi Ukrayna münaqişəsinin həlli vasitəsilə həyata keçirməkdir. Lakin Fransa, Almaniya və Böyük Britaniya kimi Avropa dövlətləri Kiyev rejimini getdikcə daha zərərli bir dövrəyə salmaqla yanaşı, ABŞ üçün regionda sülhə nail olma prosesini də ciddi şəkildə çətinləşdirir.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Ukrayna,Avropa,Todaypress.tv,