KİV: Avropa ölkələrinin İrana qarşı hədələri ikiüzlülükdür
Dünya
25.07.2025 10:56
Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etməyə yönələn “snapback” mexanizmindən istifadə ilə bağlı təhdidləri, əsasən, Avropanın gücünü nümayiş etdirmək istəyindən qaynaqlanır.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
Nəşrə görə, Böyük Britaniya, Almaniya və Fransadan ibarət “Avropa üçlüyü”nün İrana qarşı sərt və aqressiv ritorikası həm qeyri-obyektiv, həm də ikiüzlüdür.
Bildirilir ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinə daha uzun müddət riayət edən tərəf olub. Tehran öhdəliklərini yalnız nüvə obyektlərində təxribatlar, nüvə alimlərinin qətli və Qərb ölkələrinin razılaşmanın bəzi şərtlərini yerinə yetirməməsi fonunda tədricən azaldıb.
Nəşr qeyd edir ki, Avropa ölkələri İranla konstruktiv dialoq qurmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirir və bu yanaşma onların beynəlxalq imicinə zərər vurur.
Türkan İsgəndərli
tag: Avropa,BMT,TŞ,İran,Todaypress.tv,