KİV: ABŞ Kiyevə yardımı dayandırmaqla Ukraynada sülh axtarır
Dünya
04.07.2025 12:22
ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması, Vaşinqtonun Rusiya və Ukraynanı danışıqlara məcbur etmək üçün nəzərdə tutulmuş daha geniş diplomatik strategiyasının tərkib hissəsi ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin Ukraynaya hərbi yardımı çərçivəsində dayandırılmış silah-sursat siyahısına "Patriot" hava hücumundan müdafiə sistemləri, "Hellfire" raketləri, təxminən 8500 ədəd "Howitzer" mərmisi və digər döyüş sursatları daxildir.
Xatırladaq ki, ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri, zenit raketləri, dəqiq idarə olunan sursatlar və 155 mm-lik mərmilərin göndərilməsini dayandırıb. Qərar Pentaqonun ehtiyatlarının kritik səviyyədə azaldılması ilə əsaslandırılıb.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Patriot,Hava,Todaypress.tv,