Kim Çen In nüvə arsenalının genişləndirilməsinə çağırdı

Dünya

19.08.2025 10:25

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialının artırılması üçün hərbi nəzəriyyədə “epoxal və sürətli dəyişikliklərin” həyata keçirilməsinin vacibliyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu bəyanatı o, “Choe Hyon” esminesinə baş çəkərkən verib. 

Lider vurğulayıb ki, regiondakı təhlükəsizlik vəziyyəti gündən-günə daha da gərginləşir və bu, müdafiə doktrinasında ciddi dəyişikliklər tələb edir. 

Kim Çen In hərbçilərin hesabatlarını dinlədikdən sonra qeyd edib ki, ölkənin təhlükəsizlik maraqlarını qorumaq üçün radikal addımlar atılmalıdır. 

Qeyd edək ki, Cənubi Koreya və ABŞ avqustun 18-dən etibarən illik birgə hərbi təlimlərə başlayıblar. Təlimlərdə müasir hərbi münaqişələrdən çıxarılan nəticələr və potensial təhdidlər nəzərə alınır. 

Aysel Mətləb 

tag: Nüvə,Kim Çen In,Cənubi Koreya,ABŞ,Todaypress.tv,