Kelloq Zelenski ilə görüşmək üçün Romaya gedir
Dünya
07.07.2025 09:34
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və ölkənin bərpasına dair beynəlxalq konfransda iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Kyiv Post” nəşri mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Kelloq 10–11 iyul tarixlərində İtaliyanın Baş naziri Corca Meloninin qəbul edəcəyi ABŞ nümayəndə heyətinin tərkibində olacaq.
Ukraynanın bərpasına dair konfransda Volodimir Zelenski ilə yanaşı, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Merts, Polşa Baş naziri Donald Tusk və digər dünya liderlərinin də iştirakı gözlənilir.
Xatırladaq ki, Kit Kelloq daha əvvəl Rusiyanı Ukraynada dərhal atəşkəsə və üçtərəfli danışıqları bərpa etməyə çağırmış, Moskvanı vaxtı uzatmaqda ittiham etmişdi.
Qiymət Mahir
tag: İtaliya,Kit Kelloq,Roma,Ukrayna,Todaypress.tv,