Zaxarova Durovun həbs səbəbini açıqladı

Dünya

24.05.2025 16:30

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronu Rumıniya seçkilərinə müdaxilədə ittiham edib.

TodayPress TV xəbər verir ki, Zaxarova bu barədə şəxsi “Telegram” kanalında paylaşım edib. 

O bildirib ki, Makron “Telegram” platforması ilə bağlı daxili məsələni həll etmək üçün deyil, Rumıniyadakı seçkiləri manipulyasiya etmək məqsədilə Pavel Durovu hədəfə alıb.

“Bu artıq “dezinformasiya” adlandırıla bilməz. Durov çox ciddi cinayət ittihamı irəli sürüb və sübutlar təqdim edib. Sanki sudan quru çıxmağa çalışırlar, amma bu dəfə bu, keçərli deyil”   deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Fransa hakimiyyəti, istədiyi namizədin qanuni yolla qalib gələ bilməyəcəyini anlayaraq, başqa vasitələrə əl atıb.

Qiymət Mahir

tag: Rusiya ,Mariya Zaxarova,Fransa ,Emmanuel Makron,Rumıniya,Pavel Durovu,Telegram,todaypress.tv,