Karapetyan Ermənistan hakimiyyətini ittiham etdi

Dünya

26.06.2025 13:21

Həbsdə olan iş adamı Samvel Karapetyan Ermənistan hakimiyyətini cəmiyyəti bölməkdə, ölkədə daxili sabitliyi pozan repressiv sistem yaratmaqda və iş adamlarına qarşı qanunsuz təzyiqlər göstərməkdə ittiham edib.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirlər Karapetyanın vəkilləri vasitəsilə yaydığı rəsmi bəyanatında yer alıb. 

Onun sözlərinə görə, mövcud hakimiyyət ölkəni bilərəkdən “ağlar” və “qaralar” olaraq iki  yerə bölüb. Görkəmli generallar, alimlər, ziyalılar və peşəkarlar - ölkənin intellektual elitası "qara" adlandırılıb. Bəziləri korrupsioner, digərləri isə guya cəmiyyət üçün yararsız şəxs kimi təqdim olunub. 

İş adamı əlavə edib ki, onlarla sahibkar da bu kateqoriyaya daxil edilib və onlara qarşı yüzlərlə cinayət işi açılıb. Onun fikrincə, bu işlərin əksəriyyəti siyasi sifarişli və qanunsuzdur.

“Repressiv aparat artıq əsas təzyiq alətinə çevrilib və ölkədəki daxili sabitliyi məhv edir. Vətən üçün çalışan, iş yerləri yaradan və real dəyər yaradan insanlar indi siyasi məhbuslara çevrilərək həbsxanalara salınıb", – deyə bəyanatda vurğulanır.

Karapetyan bildirib ki, bir çox nüfuzlu şəxs və onların ailələri təqiblərə məruz qalıb və Ermənistanı tərk etməyə məcbur olub. 

Qiymət Mahir

tag: Ermənistan,Samvel Karapetyan,Həbs,Nikol Paşinyan ,Todaypress.tv,