Kanada ABŞ ilə ticarət sazişi bağlayacaq
Dünya
29.07.2025 10:17
Kanada hökuməti ABŞ prezidenti Donald Trampın administrasiyası ilə avqustun 1-dək yeni ticarət sazişi bağlamağı gözləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Kanadanın idarələrarası əlaqələr naziri və ABŞ ilə ticarətə cavabdeh şəxs Dominik Le Blan bildirib.
O bildirib ki, Ottava yaxın günlərdə Vaşinqtonla razılaşmaya gəlmək niyyətindədir. Onun sözlərinə görə, danışıqlar artıq özünün “intensiv mərhələsinə” daxil olub. Bu məqsədlə nazirin bu həftə Vaşinqtona səfəri planlaşdırılır.
ABŞ prezidenti Donald Tramp daha əvvəl verdiyi açıqlamada, ölkəsinin bir çox dövlətlərlə yeni ticarət müqavilələri imzaladığını, lakin Kanada ilə razılaşmanın hələ yekunlaşmadığını bildirmişdi. Tramp eyni zamanda qeyd edib ki, Vaşinqton bu ölkədən idxala müəyyən rüsumlarla məhdudlaşa bilər.
Prezident əlavə edib ki, gözlənilən ticarət sazişlərinin əksəriyyəti avqustun 1-dək imzalanacaq.
Yeni sazişin bağlanması iki qonşu ölkə arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsində mühüm addım hesab olunur.
Türkan İsgəndərli
tag: Kanada,ABŞ,Tramp,Ticarət,Todaypress.tv,