Əkrəm İmamoğlunun məhkəmə iclası keçirildi

Dünya

12.09.2025 16:17

İstanbul 59-cu Asliye Cəza Məhkəməsinin keçirdiyi iclasda başqa cinayətlər üzrə həbsdə olan Əkrəm İmamoğlu və vəkilləri iştirak ediblər.

TodayPress TV xəbər verir ki, dinləmə Əkrəm İmamoğlunun şəxsiyyətinin müəyyənləşdirilməsi ilə başlayıb. İmamoğlu magistr dərəcəsinə sahib olduğunu və aylıq gəlirinin 250 min lirə olduğunu bildirib.

İclas hakimin ittiham aktının xülasəsini oxuması ilə davam edib.

İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə 18 sentyabr 2024-cü ildə İmamoğlunun diplomunun saxta olduğu ilə bağlı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına şikayət daxil olduğu, daha sonra 1 oktyabrda da prokurorluğa şikayət edildiyi bildirilir və araşdırmalara başlanılıb.

İddianamədə İmamoğlunun Kiprdə təhsil aldığı Şimali Kipr Universitet Kollecinin (UCNC) YÖK tərəfindən tanınmadığı, yalnız Doğu Akdeniz Universitetinin KKTC-də rəsmi tanındığı qeyd olunur. Qanunsuz olaraq tələbə transfer kvotalarının artırıldığı, bəzi tələbələrin köçürmə ərizələrinin çıxarıldığı və yeni tələbələrin əlavə olunduğu bildirilir.

İmamoğlunun İstanbul Universitetinə köçərkən sənədlərində saxtakarlıq olduğu, tələbə jurnalında saxta olaraq Doğu Akdeniz Universitetində göstərildiyi iddia edilir. 

İddianamədə, həmçinin İmamoğlunun heç vaxt Doğu Akdeniz Universitetində təhsil aldığına dair dəlil olmadığı, lakin internetdə və nəşrlərdə fərqli məlumatların yayılması vurğulanır. Bu, onun İstanbul Universitetində “Şərqi Akdeniz Universiteti tələbəsi” kimi qeydiyyatı ilə əlaqələndirilir.

İmamoğlunun Şimali Kipr Universitet Kollecinin tanınmadığını bilməsinə baxmayaraq, ictimaiyyətdə fərqli təsəvvür yaratması və sorğulamalara cavab verməkdən yayınması da ittihamda yer alıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Əkrəm İmamoğlu,Türkiyə,CHP,Məhkəmə,Todaypress.tv,