İsveç Ukraynaya hərbi yardım ayırır
Dünya
05.06.2025 11:51
İsveç hökuməti NATO təşəbbüsləri çərçivəsində Ukraynaya 57 milyon dollar (550 milyon kron) məbləğində hərbi yardım ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb.
Yardımın 31 milyon dolları NATO-nun Hərtərəfli Yardım Paketi (CAP) çərçivəsində tibbi avadanlıq, nəqliyyat vasitələri və ərzaq rasionlarının alınmasına yönəldiləcək.
Qalan 26 milyon dollar isə Alyansın Milli Təhlükəsizliyə Yardım və Təlim Təşəbbüsünə (NSATU) ayrılacaq və əsasən ehtiyat hissələrinin alınmasına sərf ediləcək.
Xatırladaq ki, bundan əvvəl, mayın 28-də Almaniya Ukraynaya təxminən 5 milyard avroluq hərbi dəstək təqdim edəcəyini açıqlamışdı. Saziş Berlində Almaniya və Ukrayna müdafiə nazirləri arasında imzalanıb.
Türkan İsgəndərli
tag: İsveç,Ukrayna,Yardım,Hərbi,todaypress.tv,