Ukrayna Qərb silahlarını əldə etməyə yanaşmasını dəyişdi
Dünya
03.07.2025 15:56
ABŞ-dən Ukraynaya hərbi yardımların dayandırılması fonunda prezident Volodimir Zelenski silah tədarükü ilə bağlı yanaşmasını dəyişib. Artıq Kiyev Amerika silahlarını birbaşa deyil, Avropa vəsaitləri hesabına almağa çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ-nin mühüm silah sistemlərinin — o cümlədən “Patriot”, “Stinger” və 155 mm-lik mərmilərin tədarükünü dayandırması Kiyevi yeni çıxış yolları axtarmağa vadar edib.
“Zelenski yeni silahların alınması məsələsində yanaşmanı dəyişməyə məcbur oldu”, – deyə qəzet Ukrayna rəsmilərinə istinadən yazır.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker bildirib ki, Zelenskinin əsas tələbi artıq birbaşa maliyyə yardımı deyil, Avropa pulları ilə ABŞ silahlarının alınıb Ukraynaya verilməsi üçün icazədir.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Zelenski,Maliyyə,Todaypress.tv,