İsveç məktəblərində telefon qadağan olunacaq

Dünya

09.09.2025 19:15

İsveç hökuməti 2026-cı ildən etibarən ölkədəki məktəblərdə mobil telefonların istifadəsini qadağan etmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə İsveçin təhsil naziri Simona Mohamsson ölkənin rəsmi radiosu “SR”-yə açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, qadağa ibtidai, orta və tam orta məktəblərin (liseylərin) bütün pillələrini əhatə edəcək. 

Nazir qeyd edib ki, qərar 2026-cı ildə qüvvəyə minəcək və telefonlardan istifadə yalnız dərs zamanı deyil, tənəffüslərdə də qadağan olunacaq.

Mohamsson əlavə edib ki, bu təşəbbüsün həyata keçirilməsi üçün hökumət 10 milyon dollar büdcə ayırıb:

“Şagirdlər “TikTok” sosial şəbəkəsində vaxt itirmək əvəzinə, tənəffüslərdə dostları ilə vaxt keçirməyi və ya futbol oynamaqdan zövq almağı öyrənməlidirlər”, - deyə o vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: İsveç,Telefon,Qadağa,Məktəb,Todaypress.tv,