İsrail İranın üç şəhərinə zərbə endirdi

İsrail İranın üç şəhərinə zərbə endirdi
13.06.2025 17:04 Dünya

Son dəqiqə məlumatına görə, İsrail ordusu İranın Təbriz, Şiraz və Bürücird şəhərlərini hədəfə alaraq genişmiqyaslı hava zərbələri endirib. Hücumlar zamanı bir neçə hərbi və strateji obyekt, o cümlədən hava limanının da vurulduğu iddia olunur.

TodayPress TV xəbər verir ki, hücum nəticəsində İran Silahlı Qüvvələrinin azı 20 yüksək rütbəli komandanı həlak olub. Bu, son illərdə İran ordusuna qarşı həyata keçirilən ən ağır itkilərdən biri kimi dəyərləndirilir.

İsrail tərəfi isə baş verənləri təsdiqləyib və təhlükəsizlik kabinetindən yayılan rəsmi açıqlamada bildirilib:

“Uzunmüddətli bir əməliyyata hazır olmalıyıq. Bu, bir günlük reaksiya deyil.”

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər