İspaniya İsrailə qarşı silah embarqosu tətbiq edir

Dünya

08.09.2025 13:58

"İsrailin Qəzzadakı hərəkətləri özünümüdafiə deyil, müdafiəsiz insanlara qarşı zorakılıqdır. Buna görə də İspaniya hökuməti İsrailə qarşı silah embarqosu və sanksiyalar tətbiq edəcək".

TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez bildirib.

Onun sözlərinə görə, İsrailə silah satışı dərhal dayandırılacaq, İsrail ordusu üçün yanacaq daşıyan gəmilər İspaniya limanlarına buraxılmayacaq və İşğal olunmuş ərazilərə hərbi yüklərlə gedən təyyarələr İspaniya hava məkanından istifadə edə bilməyəcək.

İspaniya eyni zamanda Fələstin xalqına humanitar yardımı və beynəlxalq agentliklərə maliyyə dəstəyini artıracaq. Rəfah sərhəd keçid məntəqəsində Avropa Birliyinin iştirakı genişləndiriləcək və Qəzzaya yardım çatdırılması üçün əməkdaşlıq gücləndiriləcək.

İsrailin xarici işlər naziri isə bu qərarlara sərt reaksiya verib və bəzi ispan rəsmilərinin işğal olunmuş ərazilərə səfərinə qadağa qoyub.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,İspaniya,Sançez,Embarqo,Todaypress.tv,