İran yeni yeraltı nüvə obyekti inşa edir

İran yeni yeraltı nüvə obyekti inşa edir
27.09.2025 02:45 Dünya

ABŞ və İsrailin birgə zərbələrindən sonra İran Natanz şəhəri yaxınlığında strateji əhəmiyyətli yeni yeraltı kompleksin tikintisini sürətləndirib.

TodayPress TV xəbər verir ki, "Washington Post" qəzetinin peyk görüntüləri və ekspert rəylərinə əsaslanaraq yaydığı məlumata görə, Küləng dağı altında inşa edilən bu obyekt daha əvvəl bombalanmış Fordo nüvə obyektindən də dərində yerləşir.

Analitiklərin qiymətləndirməsinə görə, obyektin dərinliyi 70-100 metr arasında dəyişir. Yeni obyektin bu qədər dərin tikilməsi onun hava zərbələrinə qarşı daha dayanıqlı olması ilə izah olunur.

Ekspertlər vurğulayıblar ki, bu tikinti İranın nüvə proqramını davam etdirmək və eyni zamanda xarici müdaxilələrə qarşı əlavə təhlükəsizlik təmin etmək məqsədi daşıyır.

Bu kompleksin nə zaman tam hazır olacağı və hansı məqsədlə istifadə ediləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Bütün Xəbərlər