İran parlamenti Silahlı Qüvvələrin gücləndirilməsini nəzərdən keçirir
Dünya
16.06.2025 11:50
İran parlamentində keçirilən plenar iclasda ölkənin Silahlı Qüvvələrinin gücləndirilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Qanun layihəsi İsrailə qarşı hərtərəfli mübarizədə” silahlı qüvvələrin imkanlarının artırılmasını nəzərdə tutur.
İclasda çıxış edən deputatlar ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Qeyd olunur ki, bu təşəbbüs İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyata cavab olaraq gündəmə gəlib.
Xatırladaq ki, İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə zərbələr endirib. Hədəflər arasında nüvə infrastrukturu və iranlı yüksək rütbəli komandirlərin yerləşdiyi obyektlər olub.
Türkan İsgəndərli
tag: İran,İsrail,Atəşkəs,Hücum,Todaypress.tv,