İran “Avropa üçlüyü” ilə danışıqları davam etdirmək niyyətindədir

Dünya

30.06.2025 13:07

İran “Avropa üçlüyü” – Böyük Britaniya, Fransa və Almaniya ilə danışıqları davam etdirmək niyyətindədir. Lakin növbəti məsləhətləşmə raundunun dəqiq tarixi hələ müəyyən olunmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai "IRNA" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran tərəfi ilə Böyük Britaniya, Fransa və Almaniya arasında təmaslar davam edir.

“Danışıqlar ötən həftə aparılıb, lakin növbəti raundun konkret tarixi hələ müəyyənləşdirilməyib”, - deyə o qeyd edib.

Tərəflər sonuncu dəfə 20 iyun tarixində İsveçrənin Cenevrə şəhərində görüşüb.

Həmin görüşdə “Avropa üçlüyü”nün xarici işlər nazirləri İranın xarici işlər naziri Abbas Əraqçi ilə müzakirələr aparıblar.

Töhfə Səməd

tag: İran ,Avropa üçlüyü,Danışıqlar,İsmail Bəqai,Todaypress.tv,