İran AEBA-nı ikili standartlarda ittiham edir

Dünya

30.06.2025 16:16

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) ikili standartlara əsaslanan siyasəti həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır.

TodayPress TV xəbər verir ki, o, agentliyin bu yanaşmadan imtina edəcəyinə ümid etdiyini vurğulayıb.

İran lideri AEBA-nı suveren dövlətlərin hüquqlarını pozmamağa və üzv ölkələrin qanuni maraqlarını qorumağa çağırıb. 

Prezident agentliyin baş direktoru Rafael Qrossinin fəaliyyətini tənqid edərək bildirib ki, təşkilat İranın nüvə proqramı ilə bağlı obyektiv mövqe tutmayıb.

Onun sözlərinə görə, İran parlamentinin AEBA ilə əməkdaşlığın dayandırılması barədə qanun qəbul etməsi agentliyin qərəzli qərarlarına təbi̇i və qanuni reaksiya olub.

Xatırladaq ki, iyunun 25-də İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Türkan İsgəndərli

tag: AEBA,İran,ABŞ,İsrail,Todaypress.tv,