İran ABŞ-nin təklifi ilə razılaşmır

İran ABŞ-nin təklifi ilə razılaşmır
03.06.2025 10:26 Dünya

ABŞ və İran arasında yeni nüvə sazişi ilə bağlı danışıqlar yavaşlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilir ki,İran rəsmiləri ABŞ-nin son təklifini uyğun və əlaqəli hesab etmir.

İranın yüksək rütbəli məmuru bildirib ki, təqdim olunan sənəddə təkliflər bir-biri ilə uyğun gəlmir. Buna baxmayaraq, ABŞ tərəfi ictimaiyyətə danışıqlarda irəliləyiş olduğunu deyir.

Qeyd edək ki, yeni təklifdə ABŞ İranın mülki nüvə proqramına sərmayə qoymağı və İran daxilində uranın aşağı səviyyədə zənginləşdirilməsinə beynəlxalq nəzarət qurulmasını təklif edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər