İndoneziyada vulkan püskürdü

Dünya

19.12.2025 19:15

İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı püskürüb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.

Açıqlamaya görə, vulkandan çıxan kül kraterdən təxminən 1 min metr yüksəklikdə, dəniz səviyyəsindən isə 4 676 metrə qədər qalxıb. Kül əsasən cənub istiqamətində intensiv şəkildə yayılır.

Rəsmilər bölgə sakinlərini ehtiyatlı olmağa çağırıb və isti süxurların yayılma riski səbəbindən kraterə 5 kilometr radiusda yaxınlaşmamağı tövsiyə ediblər.

Qeyd edək ki, Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanıdır və Yava adasının ən yüksək zirvəsi hesab olunur.

Xatırladaq ki, İndoneziya Sakit Okean Alov Halqasında yerləşdiyi üçün seysmik cəhətdən aktiv bölgədir. Ölkədə 500-dən çox vulkan mövcuddur və onlardan təxminən 130-u aktivdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İndoneziya,Vulkan,Partlama,Semeru,Todaypress.tv,