İndoneziyada sərnişin bərəsi yandı, 5 nəfər öldü

Dünya

20.07.2025 22:30

İndoneziyanın Sulavesi adası sahillərində sərnişin bərəsində yanğın baş verib. Nəticədə azı 5 nəfər ölüb, yüzlərlə insan xilas edilib.

TodayPress TV xəbər verir ki, “KM Barcelona 5” adlı bərə Taluad bölgəsindən Şimali Sulavesi əyalətinin paytaxtı Manado şəhərinə gedərkən Talise sahillərində alovlanıb. 

Məlumatı İndoneziya Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Deniks Hendrata açıqlayıb.

O bildirib ki, üç hərbi gəmi əməliyyata cəlb olunub və indiyə qədər 284 nəfər – sərnişin və heyət üzvü təxliyə edilib. Xilasetmə işlərinə yerli balıqçılar da qatılıb, onlar təhlükəli sularda üzən insanlara yaxınlıqdakı adalara çıxmaqda yardım ediblər.

Yanğında həlak olanlar arasında hamilə qadın da var. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur və gəmidə ümumilikdə neçə nəfərin olduğu dəqiq müəyyənləşdirilməyib.

“Hazırda bütün diqqətimizi təxliyəyə yönəltmişik,” – deyə Hendrata əlavə edib. Hadisənin səbəbi araşdırılır.

Qiymət Mahir

tag: İndoneziya,Manado,Talise ,Yanğın,Todaypress.tv,