Husilər İsrailə zərbələr endirdi

Dünya

03.08.2025 22:00

Yəməndəki husilər hərəkatının silahlı qüvvələri İsrailin üç obyektinə, o cümlədən Hayfa limanına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiklərini açıqlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriə məlumat verib.

Səriə husilərə bağlı "Al Masirah" telekanalında çıxışı zamanı bildirib:

"Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri İsrail düşməninə qarşı üç unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyatlar çərçivəsində üç hədəfə PUA-larla zərbə endirilib".

Onun sözlərinə görə, hücumlar Tel-Əviv və Aşkelon şəhərlərində yerləşən iki hərbi obyektə və Hayfa şəhərinin limanına yönəlib.

Səriə qeyd edib ki, bütün üç hücum hədəfə uğurla çatıb. 

Hücumla bağlı məlumatlar İsrail tərəfindən təsdiqlənməyib. 

Töhfə Səməd 

tag: Yəmən,Husilər,PUA,İsrail,Todaypress.tv,